SKLEROTERAPİYA
NEDİR

Skleroterapiya nedir sualının ətraflı cavabı: prosedurun gedişi, kimlər üçün uyğundur, üstünlükləri, əks göstərişləri və köpük skleroterapiya barədə geniş məlumat

Skleroterapiya nedir və kimlər üçün nəzərdə tutulur?
Müasir dövrün ən çox tələb olunan damar müalicə üsullarından biri olan skleroterapiya nedir sualına cavab axtarırsınızsa, bu məqalə sizin üçündür. Skleroterapiya – damar problemlərinin cərrahiyə ehtiyac qalmadan aradan qaldırılmasını təmin edən qeyri-invaziv bir metod olub, damar daxilinə xüsusi maddənin – sklerozantın – yeridilməsi ilə aparılır. Bu preparat damarın divarlarını bir-birinə yapışdırır, nəticədə həmin damar zamanla sorularaq yox olur. Prosedur çox nazik iynələrlə həyata keçirilir və əksər hallarda pasiyent tərəfindən ağrısız və rahat şəkildə qarşılanır.

Skleroterapiya estetik və tibbi məqsədlərlə istifadə edilir və xüsusilə dərialtı kiçik damarların və “damar ulduzcuqları”nın aradan qaldırılmasında yüksək effektivliyə malikdir. Prosedurun qısa müddətdə və heç bir kəsik olmadan aparılması onu həm qadınlar, həm də kişilər arasında populyar etmişdir.

Skleroterapiyanın əsas üstünlükləri
Skleroterapiyanın seçilmə səbəbi onun bir çox üstünlükləri ilə bağlıdır. Bu metod digər invaziv və ya cərrahi müalicələrlə müqayisədə həm pasiyent, həm də həkim üçün rahat və təhlükəsizdir.
  • Zərərsizdir – prosedur zamanı ətraf toxumalara və sağlam damar strukturlarına toxunulmur;
  • Effektiv nəticə verir – xırda kapilyar damarlar, damar torları və retikulyar venalar görünməz hala gətirilir;
  • Heç bir iz buraxmır – əməliyyat izi, çapıq, kəsik və ya tikiş qalmır;
  • Anesteziya və xəstəxanaya yerləşmə tələb etmir – prosedur ambulator şəraitdə aparılır;
  • Həyat keyfiyyətinə təsir etmir – pasiyent dərhal gündəlik rejiminə qayıda bilir;
  • İlin bütün mövsümlərində icra edilə bilər – prosedur yayda, qışda və ya digər fəsillərdə rahatlıqla aparıla bilər, lakin soyuq aylarda nəticələr daha stabil olur.
Sadalanan bu cəhətlər skleroterapiyanı sadəcə estetik prosedur deyil, həm də sağlamlıq üçün faydalı bir müalicə üsuluna çevirir.
Skleroterapiya kimlər üçün uyğundur?
Skleroterapiya aşağıdakı damar problemləri ilə qarşılaşan şəxslər üçün effektiv həll variantıdır:
  • Teleangiektaziya – dəridəki nazik və qırmızımtıl damar torları;
  • Kiçik və orta ölçülü venoz genişlənmələr;
  • Dəri altında görünən retikulyar damarlar;
  • Kapilyar çatlar və damar ulduzcuqları;
  • Lateral tipli varikoz damarlar;
  • Üz nahiyəsində görünən kuperoz xətti damarlar.
Bu problemlər həm estetik narahatlığa, həm də uzunmüddətli dövrdə sağlamlıq risklərinə səbəb ola bilər. Məhz bu səbəbdən skleroterapiya həm profilaktik, həm də müalicə məqsədilə tətbiq edilir.

Skleroterapiya üçün əks göstərişlər
Hər bir tibbi prosedur kimi skleroterapiyanın da müəyyən hallarda tətbiqi məsləhət görülmür. Aşağıdakı vəziyyətlər skleroterapiya üçün əks göstəriş sayılır:
  • Sklerozant maddələrə qarşı allergiya və ya fərdi dözümsüzlük;
  • Hamiləlik və laktasiya dövrü;
  • Aktiv infeksion və ya iltihabi xəstəliklərin olması;
  • Damarların iltihabi xəstəlikləri – tromboflebit, dərin ven trombozu;
  • Ağır ürək xəstəlikləri və dövran sistemində qüsurlar;
  • Ayaqda açıq yara və ya dəri zədələnməsi;
  • Skleroterapiya olunacaq damarların qapaq çatışmazlığı ilə müşayiət olunması.
Bu hallarda skleroterapiya əvəzinə alternativ müalicə yolları seçilməlidir və pasiyent mütləq şəkildə həkimlə məsləhətləşməlidir.
Damar həkimi qəbulu + Rəngli Doppler
cəmi 50 azn
055 228 94 90
AKSİYA!

Prosedura necə hazırlaşmalı?
Skleroterapiya prosedurundan öncə müəyyən hazırlıq tədbirləri görülməlidir. Bu, həm prosedurun effektivliyini artırır, həm də arzuolunmaz reaksiyaların qarşısını alır:
  • İstifadə edilən hormonal dərmanlar haqqında həkimə məlumat verilməlidir;
  • Aspirin, ibuprofen kimi iltihabəleyhinə dərmanların qəbuluna 5-7 gün əvvəl son verilməlidir;
  • Epilyasiya və dəriyə kosmetik məhsul tətbiqi prosedurdan bir neçə gün öncə dayandırılmalıdır;
  • Gigiyenik duş qəbul edilməli, ayaqlar antiseptik sabunla yuyulmalıdır;
  • Rahat və geniş geyimlər seçilməli, sıx paltarlardan uzaq durulmalıdır;
  • Prosedura 1-1.5 saat qalmış yemək qəbul edilməməlidir;
  • Tütün və alkoqol məhsullarının istifadəsi prosedurdan 48 saat öncə dayandırılmalıdır.
Skleroterapiyanın icra qaydası
Əvvəlcə pasiyent müayinə olunur: həkim anamnez toplayır, şikayətləri dinləyir və Doppler cihazı ilə damar sistemini qiymətləndirir. Əgər uyğunluq təsdiqlənərsə, skleroterapiya icra olunur.

Prosedur uzanıqlı vəziyyətdə aparılır. Ultra nazik iynələrlə damar daxilinə sklerozant yeridilir. Yüngül sancı və ya istilik hissi ola bilər, lakin prosedur ümumilikdə ağrısızdır. Prosedurdan sonra həmin nahiyə elastik bintlə sarınır və ya xüsusi kompression corab geyinilir.

Prosedur sonrası nələrə diqqət yetirilməlidir?
Prosedurdan sonra mütləq aşağıdakı qaydalara riayət olunmalıdır:
  • İlk 30 dəqiqə ərzində piyada gəzmək;
  • Avtomobil idarə etməmək;
  • Hər gün 1-2 saat gəzinti üçün vaxt ayırmaq;
  • Uzanmaq və saatlarla oturmaqdan çəkinmək;
  • 3-4 həftə isti duş, sauna və buxar vannalarından uzaq durmaq;
  • Kompression corabdan 1-2 həftə istifadə etmək;
  • İdman fəaliyyətlərini 3 gün müddətinə məhdudlaşdırmaq.

Bu qaydalar nəticələrin daha tez və qalıcı şəkildə əldə edilməsinə şərait yaradır.
Prosedurun müddəti və icra tezliyiBir skleroterapiya seansı adətən 10-30 dəqiqə davam edir. Hər seansda 3-10 inyeksiya tətbiq edilə bilər. Müalicə kursu bir neçə seansdan ibarətdir və 3 gündən bir həyata keçirilir. Nəticələrin tam görünməsi üçün bəzən 4-6 seans tələb oluna bilər.

Skleroterapiyanın mümkün yan təsirləri və fəsadlar
Baxmayaraq ki, skleroterapiya minimal invaziv və təhlükəsiz prosedurdur, bəzi hallarda aşağıdakı yan təsirlər müşahidə edilə bilər:
  • İnyeksiya yerində qaşınma, şişkinlik (2-3 saata keçir);
  • Dərinin rənginin tündləşməsi (5-8% hallarda, bəzən uzunmüddətli);
  • Qabıqlanma və kiçik yaraların əmələ gəlməsi (1% hallarda);
  • Allergik reaksiya riski (çox nadir);
  • İynə yerində ağrı və damar boyunca narahatlıq hissi;
  • Ayaq biləyi ətrafında ödem (xüsusilə topuq hissəyə inyeksiya olunanda);
  • Tromboflebit – çox nadir və müalicəolunan haldır;
  • Qısamüddətli öskürək və görmə bulanıqlığı (yüksək dozalarda tətbiq olunduqda).

Köpük formasında skleroterapiya (Foam-form)
Ən müasir yanaşmalardan biri olan köpük skleroterapiya metodu zamanı dərman maddəsi – sklerozant – xüsusi üsulla köpük halına salınır və damar daxilinə yeridilir. Bu üsul Tessari texnologiyasına əsaslanır və daha yüksək effektivliyə malikdir.
Köpük formasının üstünlükləri:
  • Damar divarı ilə daha geniş təmas;
  • Dərmanın təsir gücünün azalmasının qarşısının alınması;
  • Qanla qarışmadan birbaşa damara təsir etməsi;
  • Hətta iri diametrli damarların belə bağlanması imkanı.

DİGƏR MÖVZULAR