Varikoz nədir və müalicəsi mümkündürmü?
Ayaqlarında damar problemləri yaşayan insanları ən çox düşündürən suallardan biri budur: varikoz müalicəsi əməliyyatsız, dərmanla mümkündürmü? Varikoz – aşağı ətraflarda yerləşən venaların genişlənməsi, divarlarının zəifləməsi və qanın geriyə axını ilə müşayiət olunan bir xəstəlikdir. Onun yaranmasına irsi meyillik, hamiləlik, artıq çəki, uzunmüddətli ayaqüstü iş və hormonal dəyişikliklər səbəb olur. Xəstəlik tədricən inkişaf edir və əlamətlər erkən mərhələdə aşkarlanarsa, varikoz müalicəsi daha sadə və qeyri-invaziv üsullarla aparıla bilər.