VARİKOZ
EMELİYYATİ

Mərkəzimizdə təhlükəsiz və effektiv varikoz emeliyyati üsulları ilə ayaqlarınızdakı damar problemlərindən qurtulun.

Mərkəzimizdə tətbiq edilən müxtəlif varikoz emeliyyati üsulları xəstələrə təhlükəsiz, effektiv və rahat müalicə imkanı yaradır. Varikoz xəstəliyindən qurtulmaq məqsədilə kompleks yanaşma ilə fərqli müalicə metodları istifadə olunur.
Əsas tətbiq olunan prosedurlar bunlardır:
  • Radiofrekans ablasiya
  • Endovenoz lazer ablasiya
  • «PİN stripping» ilə flebektomiya
  • Miniflebektomiya
  • Exoskleroterapiya

1. Endovenoz Lazer Ablasiya — Müasir və kosmetik effektli varikoz emeliyyati
Endovenoz lazer ablasiya minimal travma ilə varikoz damarların müalicəsində üstünlük təşkil edən yeni və effektiv üsuldur.
Bu əməliyyat tikişsiz, kəsiksiz, narkoz istifadə olunmadan, ağrısız şəkildə icra edilir və xəstə bir gündə normal fəaliyyətə qayıda bilir.

Endovenoz lazer əməliyyatı necə aparılır?
Birinci mərhələ:
Damar daxilinə xüsusi angiokateter vasitəsilə lazer lif yeridilir və damar divarı termiki təsirlə yandırılır. Bu damar 6-12 ay ərzində sorularaq yox olur.

İkinci mərhələ:
Dəri üzərində kiçik 1-2 mm-lik dəlikdən miniflebektomiya tətbiq edilərək görünən damarlar aradan qaldırılır.

Metodun üstünlükləri:
  • Ağrısız və kəsiksiz icra
  • Narkozun olmaması
  • Xəstəxanada yatışa ehtiyac yox
  • İş qabiliyyətinin tez bərpası
  • Tam ultrasəs nəzarəti altında həyata keçirilməsi
  • Almaniyanın Biolitek 1470 nm-lik avadanlığından istifadə
Ənənəvi cərrahi üsullara nisbətən ağırlaşmalar riski çox azdır və kosmetik nəticə daha yaxşıdır.
2. Radiofrekans Ablasiya — Etibarlı və effektiv varikoz emeliyyati
Radiofrekans ablasiya amerika istehsalı COVİDEN cihazı ilə aparılan, yüksək təhlükəsizlik və dəqiqlik təmin edən müasir müalicə üsuludur.

Bu metodda aparat öz temperaturunu tənzimləyir, toxumalara zərər vermir və prosedurun təhlükəsizliyini artırır. Əməliyyat bir ayaq üçün 30-60 dəqiqə davam edir.
Əməliyyatdan sonra pasiyent 1 saat müşahidədə qalır, sonra evə buraxılır.

Radiofrekans ablaziyanın üstünlükləri:
  • Yüksək effektivlik və dəqiqlik
  • Toxumaların qorunması
  • Lokal anesteziya ilə aparılması
  • Yüksək kosmetik nəticə
  • Ambulator şəraitdə həyata keçirilməsi
  • Reabilitasiyanın tələb olunmaması
Beləliklə, varikoz emeliyyati rahat və təhlükəsiz olur.
Damar həkimi qəbulu + Rəngli Doppler
cəmi 50 azn
055 228 94 90
AKSİYA!

3. “PİN Stripping” üsulu ilə Flebektomiya — Açıq varikoz emeliyyati
"PİN stripping" metodu xüsusi "PİN STRİPPER" cihazı ilə varikoz damarlarının açıq şəkildə çıxarılmasına əsaslanır. Bu üsul damarların "corab" kimi içəriyə çevrilərək çıxarılması ilə xarakterizə olunur ki, bu da toxumaların minimal zədələnməsini təmin edir.

Bu əməliyyat əsasən aşağıdakı hallarda tətbiq edilir:
  • Venaların çox qıvrımlı olması
  • Damar diametrinin 2 sm-dən böyük olması
Əməliyyatdan sonra ağrı minimal olur və sağalma prosesi asan keçir.
4. Exoskleroterapiya — Varikoz damarların qeyri-cərrahi müalicəsi
Exoskleroterapiya iri ölçülü damarların müalicəsində istifadə olunan, ağrısız və zərərsiz varikoz emeliyyati üsuludur. Sklerozlaşdırıcı preparat damar daxilinə vurularaq damar divarlarının yapışması təmin edilir.
Prosedur ultrasəs nəzarəti ilə aparılır və həm görünən, həm də gözə görünməyən damarların bağlanması üçün effektivdir. Bu üsul residivlərin qarşısını almaqda da önəmlidir.
Ambulator şəraitdə aparılır və müalicə sonrası 3-4 həftə elastik corab geyinmək vacibdir.

Varikoz xəstəliyinin müalicəsində fleboloqun rolu
Varikoz xəstəliyinin düzgün diaqnozu və effektiv müalicəsi üçün peşəkar fleboloqa müraciət vacibdir. Həkim ultrasəs (Doppler) müayinəsi ilə ayaq damarlarınızı yoxlayaraq damarların vəziyyətini, qan dövranını və xəstəliyin dərəcəsini təyin edir. Bu məlumatlara əsasən sizin üçün ən uyğun varikoz emeliyyati metodu seçilir və fərdi müalicə planı hazırlanır.

Sağlam və gözəl ayaqlara qovuşmaq üçün mütəxəssis məsləhəti və vaxtında müalicə çox önəmlidir.

DİGƏR MÖVZULAR