Skleroterapiya Proseduruna hazırlıq necə aparılır?Prosedura başlamazdan əvvəl, xəstənin istifadə etdiyi dərmanlar, xüsusilə qan durulaşdırıcılar barədə həkimə məlumat verməsi vacibdir. Aspirin və digər analoji dərmanlar ən azı bir həftə əvvəl dayandırılmalıdır, çünki onlar qanaxma riskini artırır. Həmçinin, prosedur öncəsi dəri təmiz olmalı, gigiyenik duş qəbul edilməli və epilyasiya kimi dəriyə müdaxilələr edilməməlidir. Skleroterapiya günü rahat geyim seçmək və mümkün olduqca siqaret və spirt istifadəsindən imtina etmək məsləhət görülür.
Skleroterapiya Proseduru necə keçir?Mütəxəssis xəstənin damarlarını
ultrasəs doppler ilə yoxladıqdan sonra, problemli sahəyə çox incə iynə ilə sklerozlaşdırıcı maddə vurulur. Bu maddə damar divarlarını yapışdırır və damarın bağlanmasına səbəb olur. Prosedur zamanı ağrı demək olar ki, hiss edilmir. Müalicə başa çatdıqdan sonra, müalicə olunmuş sahə elastik sarğı və ya corabla sarınır ki, bu da qan dövranının yaxşılaşmasına kömək edir.