VARİKOZ
MUALİCESİ

Varikoz damarlarının müalicəsi artıq ağrısız, əməliyyatsız və estetik baxımdan qüsursuz nəticələrlə mümkündür.

Varikoz nədir və Varikozun mualicesi necə olunur?
Ayaqlarda müşahidə olunan damarların genişlənməsi, yəni varikoz, həm sağlamlıq, həm də estetik baxımdan narahatlıq doğuran xəstəlikdir. Bu vəziyyət, damarların divarlarının zəifləməsi və qanın geriyə axınının pozulması nəticəsində formalaşır. Genetik meyillik, artıq çəki, uzun müddət ayaqüstə qalmaq, hamiləlik və fiziki passivlik kimi faktorlar bu xəstəliyin inkişafına səbəb olur. Zamanla ayaqlarda ağrı, ağırlıq, şişkinlik və qıcolmalar baş verir. Bu zaman insanlar üçün əsas suallardan biri varikozun mualicesi mümkündürmü və hansı üsulla daha effektivdir, olur.

Əməliyyatsız konservativ müalicə üsulları
Xəstəlik erkən mərhələdə aşkarlandıqda, varikozun mualicesi əməliyyatsız üsullarla mümkündür. Bu mərhələdə damarların genişlənməsi hələ kritik deyil və konservativ yanaşma effektli ola bilər. Venotonik preparatlar, bitki tərkibli dərmanlar, ayaqları yuxarı qaldırmaq, gündəlik fiziki aktivlik və xüsusi kompression corablardan istifadə vəziyyətin stabilləşməsində mühüm rol oynayır. Burada əsas məsələ kompression geyimin düzgün seçilməsidir. Damar corabları fərqli sıxlıq dərəcəsində olur və onlar yalnız həkimin təyini ilə alınmalıdır. Əks halda varikozun mualicesi heç bir nəticə verməyə bilər.
İrəliləmiş mərhələdə tətbiq olunan müasir prosedurlar
Əgər xəstə gec mərhələdə həkimə müraciət edərsə, damarların divarları artıq ciddi şəkildə nazilmiş olur və bu zaman dərman müalicəsi yetərli olmur. Belə hallarda varikozun mualicesi üçün daha müasir prosedurlar tətbiq olunur. Bunlara Skleroterapiya, Kriolazer, kombinəolunmuş Krioskleroterapiya və lazer əməliyyatları daxildir. Bu üsullar damarları daxildən təsirsiz hala gətirərək, qan dövranını sağlam venalar üzərinə yönəldir. Prosedurlar narkozsuz, kəsiksiz və izsiz şəkildə aparılır, bu da onların xəstələr üçün daha təhlükəsiz və rahat olmasını təmin edir.

Lazer əməliyyatı ilə damarların effektiv aradan qaldırılması
Müasir tibbi texnologiyalar sayəsində varikozun mualicesi artıq kəsiksiz və minimal invaziv üsullarla həyata keçirilir. İri və şişkin damarların müalicəsində ən çox tətbiq olunan metodlardan biri endovenoz lazer ablasiya əməliyyatıdır. Bu zaman varikoz venaya çox kiçik dəlikdən lazer enerjisi yönəldilir. Lokal anesteziya altında icra olunan əməliyyat cəmi 40-50 dəqiqə çəkir və xəstə həmin gün evə buraxılır. Ən önəmlisi isə odur ki, bu prosedur həm ağrısız, həm də kosmetik baxımdan izsiz nəticə verir.
Damar həkimi qəbulu + Rəngli Doppler
cəmi 50 azn
055 228 94 90
AKSİYA!

Skleroterapiya və kapilyar damarların aradan qaldırılması
Nazik damarlar və kapilyar ulduzcuqlar üçün varikozun mualicesi məqsədilə Skleroterapiya və Kriolazer üsulları geniş şəkildə tətbiq olunur. Skleroterapiya zamanı xüsusi dərman (sklerozant) damar daxilinə yeridilir və bu maddə damar divarını yapışdıraraq onun tədricən sorulmasına səbəb olur. Bu prosedur çox incə iynələrlə aparıldığı üçün demək olar ki, ağrısızdır. Kriolazer və Krioskleroterapiya isə lazer və soyuq təsirin birlikdə tətbiq edildiyi kombinəolunmuş metodlardır. Bu üsullar nazik kapilyarların və estetik problemlərin aradan qaldırılmasında yüksək effektivliyə malikdir.
Təhlükəli xalq üsulları və onların fəsadları
Bəzi insanlar varikozun mualicesi üçün zəli kimi xalq təbabəti metodlarına üstünlük verirlər. Lakin mütəxəssislər bu cür nəzarətsiz və elmi əsaslara söykənməyən üsullardan uzaq durmağı tövsiyə edirlər. Zəli ilə müalicə zamanı infeksiyalaşma riski artır, allergik reaksiyalar baş verir və mövcud damar problemi daha da dərinləşə bilər. Ən təhlükəlisi isə, bu tip yanaşmalarla vaxt itirmək və xəstəliyin ağır mərhələyə keçməsinə şərait yaratmaqdır. Ona görə də varikozun mualicesi mütləq damar cərrahının nəzarəti altında, tibbi protokollara uyğun şəkildə aparılmalıdır.

Sağlamlıq və estetik görünüşün bərpası
Effektiv şəkildə aparılmış varikozun mualicesi nəticəsində ayaqlarda qan dövranı normallaşır, şişkinlik, ağrı və digər əlamətlər aradan qalxır. Ən önəmlisi isə, xəstə həm fiziki, həm də psixoloji rahatlıq qazanır. Müalicədən sonra sağlam damarlar zədələnmiş venaların funksiyasını öz üzərinə götürür və bu da normal qan axınına şərait yaradır. Kompression corablardan istifadə müddəti adətən 3-4 həftə olur və bu müddətdən sonra xəstə tamamilə gündəlik həyata qayıda bilir. Varikozun mualicesi düzgün aparıldıqda həm sağlamlıq, həm də estetik görünüş bərpa olunur.
DİGƏR MÖVZULAR