Topuqda şişkinliyin digər mümkün səbəbləriƏgər
topuqda şişkinlik yuxarıda sadalanan səbəblərlə əlaqəli deyilsə, digər faktorlar nəzərə alınmalıdır. Bunlara endokrin pozğunluqlar – xüsusilə qalxanabənzər vəzin funksional pozğunluqları, hormonal dəyişikliklər, yastıpəncəlik, limfedema, podaqra kimi xəstəliklər aiddir. Eyni zamanda bəzi dərman vasitələrinin – hormonal preparatlar, antidepressantlar, təzyiq dərmanları (kalsium kanal blokatorları və s.) da ödemə səbəb ola biləcəyi sübut olunub. Bu tip ödemlər adətən dərmanın qəbulundan sonra bir neçə gün ərzində yaranır və istifadə dayandırıldıqdan sonra itir. Ancaq özbaşına dərmanları dayandırmaq təhlükəlidir – bu, yalnız həkim göstərişi ilə edilməlidir.
Topuqda şişkinlik zamanı nə etməli?Əgər
topuqda şişkinlik mütəmadi olaraq təkrarlanırsa və həyat tərzi ilə əlaqəli deyilsə, mütləq tibbi yardım alınmalıdır. Həkim ilkin olaraq fiziki müayinə, laborator analizlər və
USM müayinəsi vasitəsilə ödemin səbəbini müəyyənləşdirəcək. Əsas səbəb aradan qaldırıldıqda şişkinlik də tədricən yox olur. Bundan əlavə, gündəlik vərdişlərə də diqqət yetirmək vacibdir: duz qəbulunu azaltmaq, kifayət qədər su içmək, ayaqları qaldırılmış vəziyyətdə dincəltmək, qan dövranını yaxşılaşdıran yüngül məşqlər etmək və mümkün olduqda kompressiv corablar geyinmək tövsiyə olunur. Bu üsullar
topuqda şişkinlik probleminin qarşısının alınmasında effektiv rol oynaya bilər.