Profilaktik məqsədlə düzgün qidalanma, artıq çəkidən uzaq durmaq, gündəlik fiziki aktivlik, xüsusilə ayaqlar üçün idman hərəkətləri, uzun müddət hərəkətsiz qaldıqda fasilələrlə gəzmək, oturarkən ayaqları qaldırmaq, mütəmadi kompression corablardan istifadə etmək tövsiyə olunur. Bu vərdişlər venoz dövranın yaxşılaşdırılmasına və
ayaqlarda damar cixmasi riskinin azalmasına kömək edə bilər.
Ayaqlarda damar cixmasi təhlükəli ola bilərmi?Bir çox insan görünən damar qabarmalarını dərhal
varikoz kimi qəbul edir, lakin bu həmişə belə olmur. Bəzi insanlarda dəri təbəqəsi olduqca nazik olduğuna görə sağlam venalar da dəri səthindən görünə bilər. Xüsusilə açıq dərili, zərif bədən quruluşuna malik insanlarda bu hal daha çox müşahidə olunur və təhlükə siqnalı verməyə bilər.
Digər tərəfdən, bəzən
ayaqlarda damar cixmasi "damar ulduzcuqları" və ya "kapilyar toru" şəklində də ola bilər. Damar ulduzcuqları adətən çəhrayı və qırmızı rəngli olur, varikoz damarlar isə daha çox göyümtül və bənövşəyi rəng alır. Kapilyar ulduzcuqlara toxunduqda onları hiss etmək mümkün deyil, lakin varikoz damarlar barmaqla toxunulduqda bərk, düyünlü quruluşda hiss olunur.
Diaqnoz və müalicə imkanlarıAyaqlarda damar cixmasi probleminin səbəbini və ciddiliyini ancaq mütəxəssis – damar cərrahı və ya
fleboloq – təyin edə bilər. Diaqnostikada əsas yer tutan üsullardan biri
Rəngli Doppler ultrasəs müayinəsidir. Bu texnologiya vasitəsilə damarlardakı qan axını, qapaq fəaliyyətinin vəziyyəti və damar genişlənmələri dəqiq təhlil olunur.
Doppler müayinəsinin nəticələri həkimə xəstənin fərdi vəziyyətinə uyğun olaraq müalicə planı hazırlamağa imkan verir. Yüngül hallarda həyat tərzi dəyişiklikləri və profilaktik tədbirlər yetərli ola bilər. Daha irəliləmiş mərhələlərdə isə skleroterapiya, lazer və ya cərrahi müdaxilə tətbiq olunur. Müalicə nə qədər erkən başlanarsa, bir o qədər effektiv və az invaziv olur.
Ayaqlarda damar cixmasi bəzən yalnız estetik narahatlıq yaratmaqla qalmır, zamanla ayaqlarda ağırlıq, ağrı, şişkinlik, qıcolmalar və hətta açıq yaralara – trofik xoralara səbəb ola bilər. Bu fəsadlar isə həyat keyfiyyətinə ciddi təsir göstərə və gündəlik fəaliyyəti məhdudlaşdıra bilər. Buna görə də ilk simptomlardan etibarən mütəxəssisə müraciət etmək tövsiyə olunur.