BAKI FLEBOLOGİYA
MƏRKƏZİ

Bakı Flebologiya Mərkəzi – Varikoz, damar genişlənməsi və kapilyar partlaması kimi problemlərin ağrısız və qeyri-cərrahi üsullarla müalicəsi. Təcrübəli fleboloq həkimlər, ClariVein, lazer və skleroterapiya prosedurları, rəngli doppler müayinəsi

Hazırkı dövrdə damar problemləri, xüsusilə də varikoz, əhalinin böyük bir hissəsinin gündəlik həyatında diskomfort və məhdudiyyətlər yaradır. Bu xəstəlik sadəcə estetik görünüşə təsir etmir, eyni zamanda ağrı, ayaqlarda yorğunluq, ağırlıq və şişkinlik kimi əlamətlərlə müşahidə olunur. Belə hallarda vaxtında diaqnoz və müasir müalicə üsullarının tətbiqi son dərəcə önəmlidir. Azərbaycanda bu sahədə ixtisaslaşmış, etibarlı və peşəkar xidmət göstərən aparıcı tibb ocaqlarından biri də Bakı Flebologiya Mərkəzidir.

Bakı Flebologiya Mərkəzi uzun illərdir ki, alt ətraf venalarının müxtəlif xəstəliklərinin diaqnostika və müalicəsində yüksək ixtisaslı həkim heyəti ilə fəaliyyət göstərir. Klinikanın təcrübəli həkimləri — Dr. Fərhad Ağayev, Dr. Ceyhun Hüseynov, Dr. Samir Abdullayev, Dr. Aydın Bayramov, Dr. Zəkiyyə Raufqızı, Dr. Elbrus ƏhmədliDr. Nigar İbrahimova — hər bir pasiyentin fərdi vəziyyətini qiymətləndirərək ən uyğun müalicə metodlarını təklif edirlər.
Mərkəzdə varikoz və digər damar patologiyalarının aradan qaldırılması üçün minimal invaziv və cərrahiyyəsiz üsullara üstünlük verilir. Klinikanın təqdim etdiyi əsas prosedurlar sırasına Endovenoz Lazer Ablasiya, Radiofrekans Ablasiya, ClariVein sistemi, KrioLazer və KrioSkleroterapiya (CLaCs), klassik və ExoSkleroterapiya, rəngli Doppler müayinəsi, VeinViewer cihazı ilə lazer müalicəsi. Xüsusilə ClariVeinCLaCs texnologiyaları hazırda yalnız Bakı Flebologiya Mərkəzində həyata keçirilir və nəticələri həm estetik, həm funksional baxımdan yüksəkdir.

Varikoz venaların genişlənməsi ilə müşahidə olunan, xroniki xarakter daşıyan damar xəstəliyidir. Əsas səbəbləri arasında irsi faktorlar, az hərəkətli həyat tərzi, uzun müddət ayaqüstə qalmaq, artıq çəki və hamiləlik göstərilir. Bu xəstəlik zamanı ayaqlarda görünən damar çıxıntıları, qıcolmalar, ağırlıq və şişkinlik hissi kimi simptomlar baş verir. Bakı Flebologiya Mərkəzi bu problemlərin aradan qaldırılmasında yalnız müalicə ilə kifayətlənmir, eyni zamanda profilaktik yanaşma tətbiq edərək erkən mərhələdə qarşısının alınmasına fokuslanır.
Damar həkimi qəbulu + Rəngli Doppler
cəmi 50 azn
055 228 94 90
AKSİYA!
Mərkəzdə ilkin müayinə mərhələsində Rəngli Doppler vasitəsilə damarların vəziyyəti təhlil edilir və əldə olunan nəticələrə əsasən individual müalicə planı hazırlanır. Əksər prosedurlar qısa müddətdə – cəmi 30-60 dəqiqə ərzində ambulator şəkildə həyata keçirilir və xəstələr eyni gün adi rejimlərinə qayıda bilirlər. Bakı Flebologiya Mərkəzi qadın və kişi pasiyentlərə, həmçinin müxtəlif yaş qruplarına uyğun tibbi yanaşmalarla xidmət göstərir.

“Varikoz müalicəsi”, “ayaqda damar genişlənməsi”, “kapilyar damar partlaması” və ya “doppler müayinəsi” kimi axtarışlar zamanı Bakı Flebologiya Mərkəzinin Google nəticələrində ön sıralarda yer alması göstərir ki, bu klinika həm uğurlu nəticələrə, həm də yüksək pasiyent məmnuniyyətinə malikdir. Ətraflı məlumat almaq və konsultasiyaya yazılmaq üçün rəsmi vebsayt (www.bakiflebologiyamerkezi.az) və ya əlaqə nömrəsi ilə (055) 228 94 90 müraciət edə bilərsiniz.

Klinika daim inkişaf edən tibbi yenilikləri tətbiq etməklə yanaşı, beynəlxalq təcrübəyə də böyük önəm verir. Klinikanın rəhbəri Dr. Fərhad Ağayev Almaniya, ABŞ, Kipr və Böyük Britaniyada ixtisasartırma kurslarında iştirak etmişdir. Digər həkimlər də dünyanın müxtəlif ölkələrində keçirilən elmi tədbirlərdə iştirak edərək öz biliklərini və təcrübələrini daim yeniləyirlər. Bu da mərkəzdə tətbiq edilən hər bir metodun ən son tibbi protokollara uyğun olmasını təmin edir.

Əgər siz də ayaqlarınızdakı varikoz damarlar, şişkinlik, ağrılar və kapilyar genişlənmələrdən əziyyət çəkirsinizsə, Bakı Flebologiya Mərkəzi sizin üçün etibarlı həll yoludur. Müasir yanaşma, peşəkar həkimlər və ağrısız prosedurlarla sağlamlığınıza qovuşmaq üçün gecikmədən mütəxəssisə müraciət edin.

📍 Ünvan: Azərbaycan, Bakı, Ak. Həsən Əliyev küç. 15, Avrasiya Hospital, 2 - ci mərtəbə
DİGƏR MÖVZULAR