Damarlarda tromb hansı fəsadlara səbəb ola bilər?Əgər
damarlarda tromb vaxtında aşkarlanmasa və müalicə edilməsə, o, damar mənfəzini tam tuta bilər və ya qoparaq qanla hərəkət edərək orqanlara keçə bilər. Bu vəziyyət "
tromboemboliya" adlanır. Tromboemboliya nəticəsində beyin damarları tutulduqda işemik insult, ürək damarlarında baş verdikdə isə miokard infarktı inkişaf edə bilər. Ətraf arteriyalar trombla tutulduqda toxumaların oksigensiz qalması (işemiya) və hətta qanqrena baş verə bilər.
Damarlarda tromb səbəbindən həyat üçün təhlükəli hallar mümkündür, buna görə müalicə prosesi gecikdirilməməlidir.