Flebit necə müalicə olunur?
Flebit zamanı pasiyentə ilkin olaraq yataq rejimi təyin edilir, ətraf yüksəkdə saxlanılır. Müalicə zamanı antikoaqulyantlar (qan durulaşdırıcılar), iltihabəleyhinə dərmanlar, virus və bakteriyalara qarşı preparatlar, antibiotiklər və ağrıkəsicilər istifadə olunur. İltihab aradan qalxdıqdan sonra fizioterapiya və bərpaedici müalicə tədbirlərinə başlanılır. Ağır hallarda, xüsusən tromb yarandıqda, cərrahi müdaxilə zəruri olur.
Flebit xəstəliyinin qarşısını almaq mümkündürmü?
Flebit xəstəliyindən qorunmaq üçün ən vacib şərt – damar sağlamlığına diqqət etmək və profilaktik tədbirlərə əməl etməkdir. Venadaxili inyeksiyaların sterillik şəraitində və peşəkar həkimlər tərəfindən aparılması, infeksiyaların vaxtında müalicəsi, aktiv həyat tərzi, artıq çəkidən uzaq durmaq bu xəstəlikdən qorunmağa kömək edir. Həmçinin varikoz xəstəliyi olan insanlar daim nəzarətdə olmalı və damar həkiminin tövsiyələrinə əməl etməlidir. Beləliklə, Flebit ciddi nəticələr doğurmadan qabaqlana bilər.