Damar partlamasının müalicəsi necə aparılır?Bu məsələ ilə mütəxəssis –
fleboloq məşğul olur. Həkim xəstəni müayinə etdikdən sonra damarların ölçüsünü, qan axını və divar elastikliyini qiymətləndirmək üçün
Doppler ultrasəs müayinəsi həyata keçirir. Ehtiyac olduqda, digər xəstəlikləri istisna etmək məqsədilə əlavə analizlər də aparılır.
Ayaqlarda kapilyar partlaması müalicəsində dərman preparatları və müasir prosedurlar, o cümlədən
Skleroterapiya metodu tətbiq olunur.
Qan dövranının bərpası və damar sağlamlığının qorunması üçün xəstəyə Detralex, Troksevazin, Lioton gel, Varikosette, Trokserutin kimi preparatlar tövsiyə edilir.