Damarda tromb hansı əlamətlərlə özünü göstərir?Bu vəziyyətdə adətən bir
ayaqda şişkinlik meydana çıxır. Bununla yanaşı, ağrı, qıcolmalar və damar istiqamətində qızartı müşahidə oluna bilər. Qızartı zonasında istilik hissi də mümkündür.
Damarda tromb hansı fəsadlara yol aça bilər?Tromb böyüyərək damar mənfəzini tıxaya və ya yerindən qoparaq qan axını ilə digər orqanlara gedə bilər. Bu hal "tromboemboliya" adlanır. Nəticədə beyin damarlarında insult, ürək damarlarında infarkt və ya ətraflarda qanqrena yaranması mümkündür.