Varikoz və tromb arasında sıx əlaqəVarikoz xəstəliyi zamanı damarların genişlənməsi və zəifləməsi səbəbindən qan durğunluğu yaranır. Bu durğunluq isə tromb üçün əlverişli şərait yaradır. Varikozdan əziyyət çəkən şəxslərdə tromb riski daha yüksəkdir və belə hallarda
trombun mualicesi eyni zamanda varikozun aradan qaldırılması ilə birgə aparılmalıdır. Əks halda, müalicə natamam olar və problem təkrarlanmaq ehtimalı yüksəkdir.
Tromb hansı hallarda təhlükəlidir?Ayaqlarda trombun ilkin əlamətləri adətən
şişkinlik, ağrı və dəridə qızartı ilə müşayiət olunur. Lakin bu simptomlar bəzən nəzərə çarpmadan inkişaf edir. Əgər tromb damardan qoparaq ağciyərə və ya digər həyati vacib orqanlara keçərsə, bu hal ölümlə nəticələnə bilər. Odur ki,
trombun mualicesi təxirəsalınmaz şəkildə aparılmalı və ixtisaslı həkimə — fleboloqa müraciət edilməlidir.