Gündəlik həyatda təhlükə yaradan gizli problem: ayaqda trompMüasir dövrdə insanların oturaq və hərəkətsiz həyat tərzi bir çox damar problemlərinin yaranmasına zəmin yaradır. Bu problemlər arasında
ayaqda tromp xüsusi təhlükə daşıyır. Qan damarlarında meydana gələn laxtalar, yəni tromblar, qan dövranını ləngidir və toxumaların oksigenlə təminatını çətinləşdirir. Xüsusilə aşağı ətraflarda baş verən bu hal damarın mənfəzini tıxayaraq qan axınına mane olur. Nəticədə ayaqda ağrı,
şişkinlik, keyimə və dəri rənginin göyərməsi kimi narahatlıqlar yaranır.
Ayaqda tromp ilkin mərhələdə az nəzərə çarpdığı üçün çox vaxt xəstəlik artıq irəlilədikdən sonra fərq edilir, bu isə fəsad riskini artırır.