Flebit nedir – hansı simptomlarla müşahidə olunur?
Səthi flebit zamanı zədələnmiş nahiyədə ağrı, şişkinlik, qızartı və dəri üzərində bərkimə baş verir. Yerli istilik artımı ilə yanaşı, bəzi hallarda xəstələrdə ümumi zəiflik və halsızlıq da ola bilər.
Dərin flebit isə daha təhlükəli simptomlarla təzahür edir. Bu zaman yüksək hərarət, güclü ağrı, şişkinlik və mərmər kimi solğun dəri rəngi müşahidə olunur. Ağır hallarda xəstələrdə baş ağrıları, başgicəllənmə, ürəkbulanma və arterial təzyiqin yüksəlməsi kimi əlavə simptomlar da görülə bilər. Müalicənin gecikməsi qaraciyər və böyrək çatışmazlığı kimi ağır fəsadlara gətirib çıxara bilər.