Sağ ayaqda ağrıların ən ciddi səbəbi – Varikoz damar genişlənməsiAyaqlarda, xüsusilə də sağ ayaqda müşahidə olunan ağrıların ən geniş yayılmış səbəblərindən biri varikoz xəstəliyidir. Bu damar patologiyası zamanı venaların elastikliyi azalır, qan dövranı pozulur və qanın ayaqlarda toplanması nəticəsində ağrılar, şişkinlik, ağırlıq və qıcolmalar baş verir.
Varikozun ilkin simptomları aşağıdakılar ola bilər:
- Gəzinti zamanı və axşama yaxın artan ağırlıq hissi
- Baldır əzələsində gecə qıcolmaları
- Damarların səthdə görünməsi və şişməsi
- Dəridə göyümtül-bənövşəyi damar izləri və rəng dəyişikliyi
Bu əlamətlər varsa və sağ ayaqda ağrılarla müşayiət olunursa, mütləq damar həkiminə –
fleboloqa müraciət edilməlidir. Çünki vaxtında müalicə edilməyən varikoz zamanla trofik yaralara, tromboz və tromboflebit kimi ağır fəsadlara gətirib çıxara bilər.