Tromboz formaları və yayılmış növləriTromboz həm arteriyalarda, həm də venalarda baş verə bilər. İki əsas forma ayırd edilir:
arterial tromboz və
venoz tromboz. Arterial tromboz adətən aterosklerotik lövhəciklərlə əlaqəli olur və infarkt, insult kimi ağır nəticələr doğurur. Venoz formada isə dərin venaların trombozu daha çox müşahidə edilir. Bud və baldır nahiyəsindəki dərin venalarda yaranan
tromboz əlamətləri – ağrı,
şişkinlik, dəridə qızartı – klassik simptomlar sırasındadır. Bundan əlavə, qapı venası və böyrək venasının trombozu da rast gəlinən hallardır.