Kapilyar damarlar sağlamlıq üçün təhlükəlidirmi?Bir çox insan
kapilyar damarlar dəri altında görünsə də, şikayət etmədikləri üçün bu problemin ciddi olmadığını düşünür. Lakin bu vəziyyət gecikdirildikdə, ayaqlarda ağırlıq, yorğunluq və diskomfort hissi yarana bilər. Bu mərhələyə “
retikulyar varikoz” deyilir və səthi damarlarda dəyişikliklər artıq dərin venalara da təsir etməyə başlayır.
Kapilyar damarlar zəiflədikcə onların divarları nazikləşir və kiçik travmalar nəticəsində partlayaraq dərialtı qanaxmalara – hematomalara səbəb ola bilər. Bu da həm estetik, həm də funksional problem yaradır.