Ayaqda yaranan varikoz agrilari necə formalaşır?Ayaqda ağrının yaranması venaların funksional pozulmaları ilə bağlıdır.
Varikoz xəstəliyində venaların divarları nazilir, elastikliyi azalır və qan damarlar daxilində düzgün hərəkət etmir. Bu səbəbdən venaların bəzi hissələrində qan yığılır,
damarlar şişir və divarlarda iltihabi proseslər baş verir. Qan laxtalanması və qan dövranının ləngiməsi venaların divarlarına əlavə təzyiq göstərir və nəticədə
varikoz agrilari yaranır.
Damarların üzərinə düşən əlavə yük vəziyyəti daha da ağırlaşdırır,
nəticədə şişkinlik və ağrılar artır. Xəstəlik erkən mərhələdə müalicə edilməzsə, bu, damarların partlaması, trofik ülserlər, tromboz və digər təhlükəli fəsadlara səbəb ola bilər. Bu mərhələdə müalicə həm çətinləşir, həm də sağlamlığa ciddi ziyan vurur.