Trompun qarşısını almağın təbii yollarıTromp nedir və ondan necə qorunmalı sualına cavab olaraq, düzgün qidalanma və həyat tərzini vurğulamaq vacibdir. Qan qatılığını artıran məhsullardan – ət, yağlı süd məhsullarından imtina edib, tərəvəz və meyvələrlə zəngin qidalanma rejimi saxlamaq tövsiyə olunur. Sarımsaq, zəncəfil, zoğal, darçın kimi təbii maddələr qanı durulda bilər. Lakin bu bitkiləri qan durulaşdırıcı dərmanlarla birlikdə istifadə etmək təhlükəlidir və həkimlə məsləhətləşmədən qəbul olunmamalıdır. Eyni zamanda omeqa-3 yağ turşuları ilə zəngin balıq yağı da trompun qarşısının alınmasında mühüm rol oynayır.
E vitamini və profilaktik tədbirlərAraşdırmalara görə, E vitamini qanın laxtalanma qabiliyyətini azaldır və damar divarlarını gücləndirir. İspanaq, badam, qoz, günəbaxan yağı kimi E vitamini ilə zəngin qidaların müntəzəm istifadəsi damar sağlamlığını qoruyur.
Tromp nedir və onunla necə mübarizə aparmaq lazımdır sualına cavab olaraq, profilaktik tədbirləri gündəlik həyatımızın ayrılmaz hissəsinə çevirmək tövsiyə olunur. Fəal həyat tərzi, fiziki aktivlik və düzgün qidalanma bu təhlükəli vəziyyətdən qorunmağın əsas yollarındandır.
📌
Nəzərinizə çatdıraq ki, ayaqda ağrı, şişkinlik və digər tromp əlamətləri baş verərsə, vaxt itirmədən təcrübəli fleboloqa müraciət etmək vacibdir.